Endokrinoloq · Bakı

Dr. İnci ŞabanlıHormonlarınızın balansı — sağlamlığınızın açarı

Şəkərli diabet, qalxanvari vəz (zob) xəstəlikləri, piylənmə və insulin direnci, qadın və kişi hormonal pozğunluqları üzrə müayinə və müalicə. Hər pasiyentə fərdi yanaşma, analizlərə əsaslanan qərar və davamlı həkim nəzarəti.

Endokrinoloq Dr. İnci Şabanlı ağ həkim xalatında
EndokrinoloqHormon həkimi
Diabet rəhbərliyinin həmmüəllifiAzərbaycan dilində, 2026
  • Azərbaycan Tibb UniversitetiMüalicə-profilaktika fakültəsi
  • Marmara Universitetiİstanbulda ixtisasartırma
  • Referans Endokrin və Cərrahi MərkəzBakı, Nərimanov rayonu

Diqqət edin

Hormonal problemləri gözardı etməyin

Aşağıdakı əlamətlər uzun müddət davam edirsə, endokrinoloq müayinəsindən keçmək vaxtıdır.

  • Tez yorulma, halsızlıq, yuxululuq
  • Səbəbsiz kökəlmə və ya arıqlama
  • Tez-tez susama və sidiyə getmə
  • Saç tökülməsi, quru dəri, zəif dırnaqlar
  • Daimi üşümə və ya istilik hissi, çox tərləmə
  • Ürək döyüntüsü, əllərdə titrəmə
  • Əhvalın tez-tez dəyişməsi, əsəbilik
  • Menstrual tsiklin pozulması, hamiləliyin baş verməməsi
  • Qadınlarda üzdə və bədəndə artıq tüklənmə
  • Boyun nahiyəsində şişkinlik

Bu əlamətlər təkbaşına diaqnoz demək deyil — onlar bir çox başqa səbəblərlə də bağlı ola bilər. Səbəbi dəqiqləşdirmək üçün həkim müayinəsi və lazımi analizlər vacibdir.

40 yaşdan sonra, heç bir şikayətiniz olmasa belə, ildə ən azı bir dəfə profilaktik müayinədən keçin. Erkən diaqnoz bir çox xəstəliyin vaxtında aşkarlanmasına və uğurlu müalicəsinə imkan yaradır.

Dr. İnci Şabanlının tövsiyəsi

Yanaşma

Nəticəni deyil, səbəbi müalicə edirik

Məsələn, kökəlmədə yalnız çəkiyə deyil, onun hormonal, metabolik və tibbi səbəblərinə baxılır. Müalicə planı analizlərə əsaslanır və tibbi nəzarət altında aparılır.

  1. Müayinə və analizlər

    Şikayətlər, xəstəlik tarixçəsi və əvvəlki nəticələr dəyərləndirilir. Ehtiyac olan hormon analizləri və ultrasəs müayinəsi təyin olunur.

  2. Fərdi müalicə planı

    Dərman, qidalanma və həyat tərzi tövsiyələri sizin nəticələrinizə və vəziyyətinizə uyğun seçilir — hamı üçün eyni reseptlə deyil.

  3. Nəzarət və izləmə

    Endokrin xəstəliklər çox vaxt uzunmüddətli nəzarət tələb edir. Təkrar analizlərlə müalicənin effekti yoxlanılır və lazım olduqda dəyişdirilir.

Dr. İnci Şabanlı Madriddə keçirilən 60-cı EASD illik toplantısında, 2024

Həkim haqqında

Daim öyrənən, pasiyentinə vaxt ayıran həkim

Dr. İnci Şabanlı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, internaturanı Naxçıvan Endokrinoloji Mərkəzində keçib, daha sonra İstanbulda, Marmara Universitetinin Təhsil və Tədqiqat Xəstəxanasında ixtisasını artırıb.

Hazırda Referans Endokrin və Cərrahi Mərkəzdə pasiyent qəbul edir. Beynəlxalq diabet və endokrinologiya konqreslərində iştirak edir, ixtisas simpoziumlarında məruzələrlə çıxış edir, televiziya və radio efirlərində pasiyentlər üçün maarifləndirici söhbətlər aparır.

  • 60-cı EASD illik toplantısı — Madrid, 2024
  • Azərbaycan Androloqlarının XXII simpoziumunda məruzə — 2024
  • «Şəkərli diabetin diaqnostikası və müalicə rəhbəri – 2026» kitabının həmmüəllifi
Bioqrafiya və təhsil

Pasiyentlər üçün

Qəbula necə hazırlaşmalı?

Düzgün hazırlıq həkimə vəziyyətinizi daha dəqiq qiymətləndirməyə kömək edir.

  • Son analizlərinizi, ultrasəs və digər müayinə nəticələrinizi özünüzlə götürün.
  • Qəbul etdiyiniz bütün dərmanların, vitaminlərin adını və dozasını yazın.
  • Şəkəri olan pasiyentlər: bir neçə gün hər yeməkdən əvvəl və yeməkdən 2 saat sonra şəkəri ölçüb qeyd edin.
  • Hansı analizlərin acqarına verilməli olduğunu qəbula yazılarkən dəqiqləşdirin.
Pasiyent bələdçisi

Şəkəri yalnız acqarına ölçmək kifayət deyil

Səhər acqarına şəkər tam normal ola bilər, amma gün ərzində, xüsusən yeməkdən sonra yüksələ bilər. Ölçmələri gün ərzində də aparıb həkiminizə göstərsəniz, şəkərin nə dərəcədə nəzarətdə olduğu daha yaxşı görünər.

Evdə şəkəri düzgün ölçmək

Mətbuatda həkim

Televiziya və video çıxışlar

Dr. İnci Şabanlı telekanallarda və klinikaların video layihələrində diabet, insulin direnci və hormonal sağlamlıq barədə danışır.

REAL TV
«Baş Həkim» · Yanvar 2026

İnsulin direnci və müalicəsi

Kanal S
«Həkimcanlı» · Aprel 2022

«Həkimcanlı» verilişinin qonağı

Referans Medical Group
Qısa video · Fevral 2026

Şəkər xəstəliyinin müalicəsi varmı?

Bütün çıxışlar və efirlər

Suallar

Pasiyentlərin tez-tez verdiyi suallar

Arıqlama iynəsini özüm başlaya bilərəmmi?

Xeyr. Arıqlama iynələri bəzi pasiyentlər üçün həqiqətən effektivdir, lakin hər kəsə təyin edilmir. Əvvəlcə həkim müayinəsi və analizlər lazımdır: hansı preparatın, hansı dozada uyğun olduğunu yalnız həkim müəyyən edir. Öz başına istifadə ciddi əlavə təsirlərə səbəb ola bilər.

Zobumda düyün var, amma müalicə yazılmadı. Bu normaldırmı?

Bəli, ola bilər. Hormonlarınız norma daxilindədirsə və düyünlər kiçikdirsə, çox vaxt dərman təyin edilmir — düyünlər mütəmadi ultrasəs müayinəsi ilə izlənilir.

Vitaminləri həkimə müraciət etmədən qəbul etmək olarmı?

Tövsiyə olunmur. Vitaminlərin artıqlığı da orqanizmə ciddi ziyan vura bilər, hətta zəhərlənməyə səbəb olar. Məsələn, D vitaminini il boyu nəzarətsiz qəbul etmək yanlışdır — səviyyə yoxlanmalı və doza həkim tərəfindən təyin edilməlidir.

İnsulin asılılıq yaradırmı?

Xeyr, bu yayılmış yanlış fikirdir. İnsulin orqanizmin öz hormonudur və asılılıq yaratmır. Tip 1 diabetdə xəstəliyin başlanğıcından insulin tələb olunur; tip 2 diabetdə isə ehtiyac yarandıqda həkim tərəfindən təyin edilir.

Bütün suallar

Qəbul ünvanı

Referans Endokrin və Cərrahi Mərkəz
Bakı şəh., Nərimanov r., M. Araz küç. 105A

Dr. İnci Şabanlı

Vizitkart

Dr. İnci Şabanlı

Endokrinoloq